Astara rayonunda 77 yaşlı qadın qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan Xezerxeber.az-a bildirilib ki, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.