Xaçmazda 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əhmədov Şahin Səməd oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Xezerxeber.az bildirir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Qeyd edək ki, iki gün əvvəl Mafizə Şirinbalayevanın meyiti Xaçmaz şəhəri ərazisində tək yaşadığı evdə aşkarlanmışdı.
Faktla bağlı araşdırmalar aparılır.