Oktyabrın 25-i 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə Şəki Rayon Prokurorluğuna məlumat daxil olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Şəki Rayon Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.