Bu gün Lənkəran rayonu ərazisində zəlzələ olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, yerli vaxtla saat 19:54-də Lənkəran rayonu ərazisində maqnitudası 3.6 olan yeraltı təkan qeydə alınıb.
Zəlzələ yerin 12 kilometr dərinliyində baş verib və 3 bala qədər hiss olunub.