Xəzər Xəbər

Ermənistanın Gəncədə törətdiyi terrordan üç il ötür

Region | 08:30 • 11 Oktyabr 2023
Ermənistanın Gəncədə törətdiyi terrordan üç il ötür

Ermənistanın Gəncədə törətdiyi terrordan 3 il ötür.

Xezerxeber.az-ın məlumatına görə, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədiblər. 

Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən "Skad-B" taktiki əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Rubrikanın digər xəbərləri

Xaçmazda kitabxana yandı
Xaçmazda kitabxana yandı
11:00 • 8 Yanvar 2025
Masallıda kafe yanıb
Masallıda kafe yanıb
11:45 • 5 Yanvar 2025
Qaxda yük maşını azyaşlını vurub
Qaxda yük maşını azyaşlını vurub
12:31 • 3 Yanvar 2025
Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024

Xəbər lenti