Xəzər Xəbər

Sabirabadda həmkəndlisinə xəsarət yetirən şəxs saxlanılıb

Region | 08:33 • 8 Oktyabr 2023
Sabirabadda həmkəndlisinə xəsarət yetirən şəxs saxlanılıb

Oktyabrın 7-də axşam saatlarında Sabirabad rayonunun Çöl Dəllək kənd sakini, 1991-ci il təvəllüdlü S.Dəmirovun kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən S.Dəmirovun həmkəndlisi, 1979-cu il təvəllüdlü Şükür İbadov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar