Xəzər Xəbər

Tərtərdə mina partlayıb, bir nəfər həlak olub YENİLƏNİB

Region | 18:15 • 6 Oktyabr 2023
Tərtərdə mina partlayıb, bir nəfər həlak olub

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

17:34

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Bu barədə Xezerxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar