İşğaldan azad edilmiş ərazilərimiz 30 il ərzində vandalizmə məruz qalıb. Əlli min hektar meşə zolağı məhv edilib.
Xezerxeber.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ümumdünya Məskunlaşma Günü ilə bağlı keçirilən tədbir çərçivəsində təşkil olunan sessiyada bildirib.
O qeyd edib ki, 30 il ərzində işğalçılar tərəfindən şəhərlər, qəsəbələr və mədəni irs dağıdılıb. Bu ərazilərdə bir milyondan çox mina basdırılıb. Bundan sonra böyük məbləğdə maliyyə vəsaiti lazımdır ki, burada təmizləmə işləri aparılsın.
Emin Hüseynov əlavə edib ki, ancaq buna baxmayaraq təşkil olunan koordinasiya nəticəsində sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır.