Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən rayon sakini İntiqam Qarayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, onun idarəsində olan "Mercedes" markalı avtomobil müvəqqəti duracağa yerləşdirilib.
Adıçəkilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, qərara əsasən inzibati qaydada 20 sutka həbs edilib və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.