Xəzər Xəbər

Şəmkir sakinini özünü öldürmə həddinə çatdıran şəxs həbs olunub

Region | 16:04 • 28 Sentyabr 2023
Şəmkir sakinini özünü öldürmə həddinə çatdıran şəxs həbs olunub

İyunun 3-də Şəmkir rayon sakini Nərmin Məmmədovanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Rayon prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, istintaqla Elnar Məmmədovu tanışı Nərmin Məmmədovadan zor tətbiq etmə və barəsində rüsvayedici məlumat yayma hədəsi ilə pul tələb etməsi nəticəsində onu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Elnar Məmmədova Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Çox oxunanlar