Xəzər Xəbər

Bakı - Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Region | 17:10 • 26 Sentyabr 2023
Bakı - Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 kilometrlik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Artıq həmin yolun yenidən qurulan hissəsi sürücülərin istifadəsinə verilib.

Agentlikdən bildirilib ki, magistral yolun yenidən qurulan hissəsinin istifadəyə verilməsi mərasimində qurumun İdarə Heyətinin sədr müavini Əvəz Qocayev və digər vəzifəli şəxsləri iştirak ediblər.

Təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 kilometrində 3 hissədə aparılıb. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci kilometrlik hissələrini əhatə edib. Həmin hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri görülüb.

Qeyd edək ki, bu istiqamətdə nəqliyyat axınının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunub.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024