İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyindən (AAYDA) Xezerxeber.az-a verilən məlumata görə, əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.