Sentyabrın 1-i səhər saatlarında Siyəzəndə ağır yol qəzası baş verib.
Xezerxeber.az xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 1986-cı il təvəllüdlü Samit Əmirov Bədəl oğlu və onun 3 yaşlı övladı Elnur Əmirlidir.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.