Erməni əsilli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin olunub.
Xezerxeber.az xəbər verir ki, bu gün bir qrup erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobildə Xankəndidən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.
Erməni əsilli 30 nəfərin Azərbaycandan Ermənistana keçməsinə şərait yaradılıb. Onlardan 9-nun səhhətində problemlər var.