Xəzər Xəbər

Şirkətdən oğurluq edilib

Region | 10:20 • 5 İyun 2023
Şirkətdən oğurluq edilib

Xaçmazda şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xaçmaz rayonunun Ləcət dəmir yolu stansiyası ərazisində yük qatarının vaqonlarından birində içərisində şirkətlərdən birinə məxsus avtomobil ehtiyat hissələri və mühərrik yağları olan konteynerin qapısının plombsuz və açıq olmasının aşkar edilməsi barədə polisə məlumat daxil olub.
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və oradan 30 ədəd yağ filtirinin, 20 ədəd yağ qutularının oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Sergey Atamanenko müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024