Ötən gün 81 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub.
Xezerxeber.az xəbər verir ki, Xalq yazıçısının cənazəsi günorta saatlarında Şamaxıya gətirilib, rayonun Kərkənc kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, yazıçının ailə üzvləri, qələm dostları, eləcə də ictimayyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Yazıçının həyat və yaradıcılığından söhbət açılıb, barəsində xoş xatirələr danışılıb.
Sonra yazıçının vəsiyyətinə uyğun olaraq Kərkənc kənd qəbiristanlığında anasının qəbri yanında dəfn edilib.