Rejissor Qreta Qerviqin ekranlaşdırdığı “Barbi” filmi rekord məbləğdə gəlir əldə edib.
"Kinonews.ru" saytının yazdığına görə, “Barbi” nümayişə çıxmasının beşinci həftəsində 20 milyon dollardan çox gəlir əldə edən 10-cu film olub.
Qeyd edək ki, ilk onluğa daxil edilən ən yaxşı filmlərin arasında “Titanik” və “Avatar” da yer alır.