Xəzər Xəbər

Eldar Mansurov 11 il sürən məhkəmə işini qazandı

Mədəniyyət | 16:38 • 24 May 2023
Eldar Mansurov 11 il sürən məhkəmə işini qazandı

Yunanıstan Ali Məhkəməsi 11 il sürən məhkəmə işinə nöqtə qoyub.

Xezerxeber.az xəbər verir ki, “Esena Mono” mahnısının müəllifliyi ilə bağlı Eldar Mansurovun xeyrinə qərar verib.

Qeyd olunub ki, Yunanıstanda “Esena Mono” mahnısının musiqisinin müəllifliyi ilə bağlı 11 il davam etmiş məhkəmə işi yekunlaşıb. Yunanıstan Ali Məhkəməsi yekun qərarı ilə “Esena Mono” vasitəsilə Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovun “Bayatılar” mahnısının musiqisi üzərindəki müəlliflik hüquqlarının pozulmasını tanıyıb.

 

Xəbər lenti