Xəzər Xəbər

Xalq artisti vəfat edib

Mədəniyyət | 23:56 • 23 Fevral 2023
Xalq artisti vəfat edib

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov fevralın 23-də ömrünün 62-ci ilində vəfat edib.

Xezerxeber.az xəbər verir ki. bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əli Rəhim oğlu Əsgərov 1961-ci il noyabrın 25-də Bakıda anadan olub. O, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçılarin I Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.

1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

Xəbər lenti

Çox oxunanlar