Bu gün vəfat edən Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Royal Babayev onun haqqında paylaşım edib.
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkə hesabında R.Babayev yoldaşını çox sevdiyini yazıb.
"Sən gördüyüm və tanıdığım ən gözəl insan idin. Ən gözəl həyat yoldaşı idin! Həm ata, həm ana idin mənə. Sən mənim həm bacım, həm qardaşım oldun. Mənə ən yaxın dost idin. Mən səndən çox razı oldum. Allah da səndən razı olsun, mənim gözəl həyat yoldaşım. İnşallah, qiyamətdə görüşərik!", - deyə o qeyd edib.
Qeyd edək ki, "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva bu gün 49 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.