Mədəniyyət Nazirliyi tərəfindən Əməkdar İncəsənət xadimi Ruhəngiz Qasımovanın dəfni təşkil olunacaqmı?
Lent.az-ın sualına cavab olaraq nazirlikdən bildirildi ki, dəfn işləri ilə ailə hələlik özü məşğul olur. “Bizim əldə etdiyimiz məlumata görə, Ruhəngiz xanım Honq-Konqda vəfat edib. Ailə onun nəşinin Bakıya gətirilməsi ilə məşğul olduqdan sonra biz hansı tədbirlərin görüləcəyi barədə mətbuata məlumat verəcəyik”.
Ruhəngiz Qasımovanın Honq-Konqda vəfat etməsi ilə bağlı xəbəri rejissor Oqtay Əliyev paylaşım edib.
Jurnalist Hacı Nuran Hüseynov isə bir neçə gün öncə Ruhəngiz Qasımova və onun Honq-Konqda yaşayan qızı ilə Bakıda qarşılaşması barədə paylaşım edib.