Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilərdə 162 yeni mədəniyyət abidəsi aşkarlanıb

Mədəniyyət | 14:08 • 6 Oktyabr 2022
İşğaldan azad edilmiş ərazilərdə 162 yeni mədəniyyət abidəsi aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə 162 yeni mədəniyyət abidəsi aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Şəhərsalma Forumunda mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, 30 il ərzində bu ərazilərdə Azərbaycanın mədəniyyət abidələri, mədəni irsi dağıdılıb, mənşəyi dəyişdirilib və ya qanunsuz arxeoloji qazıntılar aparılıb. Bu kimi hadisələr beynəlxalq konvensiyalara ziddir. Ərazilərimiz işğaldan azad edildikdən sonra burada xarabalıqlar, vandallıq aktları aşkarlanıb.

Anar Kərimov qeyd edib ki, aparılan ilkin monitorinqlər zamanı dövlət reyestrinə salınmış 706 abidədən 403-ü tədqiq edilib. Bundan başqa, 864 mədəniyyət müəssisəsinin monitorinqi aparılıb. Həmçinin 162 yeni mədəniyyət abidəsi aşkar olunub.

A.Kərimov əlavə edib ki, hazırda nazirliyin əməkdaşları monitorinq apararkən mina təhlükəsi ilə qarşılaşırlar. Bu səbəbdən prioritet tapşırıq ərazilərin minalardan təmizlənməsi və arxeoloji işlərin təhlükəsizliyinin təminidir.

Xəbər lenti