Sentyabrın 18-də - Milli Musiqi Günündə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
Xezerxeber.az xəbər verir ki, mərasimdə əvvəlcə Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.
Sonra dahi bəstəkarın “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səsləndirilib.
Mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edib.
Sonra Fəxri xiyabanda digər mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət edilib.