Azərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, bu haqda mədəniyyət naziri Anar Kərimov tviter hesabında paylaşım edib.
Nazir beynəlxalq festivalın 18-26 sentyabrda təşkil olunacağını qeyd edib. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda 14 ölkənin musiqiçiləri Bakı, Gəncə, Bərdə, Ağcabədi və Şuşada çıxış edəcəklər.