Bu gün mərhum Xalq artisti Yaşar Nurinin ad günüdür.
Xezerxeber.az xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova Y.Nuri ilə bağlı paylaşım edib.
"Bu gün sənin doğum günündür. Həmişə yaşar Yaşar. Allah sənə rəhmət eləsin, sənətkar. Allah ailəni qorusun", - deyə aktrisa paylaşımında qeyd edib.
O, mərhum aktyor ilə birlikdə olan arxiv fotolarını instaqram hesabında bölüşüb.
Qeyd edək ki, Y.Nuri 2012-ci il noyabrın 22-də 61 yaşında vəfat edib.