Türkiyənin İzmir vilayətində hər il 200-ə yaxın tapıntının aşkarlandığı Yeşilova ilçəsində beş min illik tarixə malik “Tanrıça” bütü tapılıb.
Xezerxeber.az xəbər verir ki, qazıntı heyətinin başçısı professor Zafer Derin tapılan 7 santimetr uzunluğundakı əsərin kub quruluşa, dairəvi başlığa və dördbucaqlı gövdəyə malik olduğunu bildirib.
"Çoxallahlı" dinlərdə ibadət üçün nəzərdə tutulan heykəlciyin Neolit dövrünə məxsus olduğunu qeyd edən Zafer Derin bölgədəki tanrıça kultunun simvolu olan heykəlciyin mərmərdən hazırlandığını və onu daşıyan şəxsə bərəkət və sağlamlıq gətirmək üçün istifadə edildiyini vurğulayıb.