Xəzər Xəbər

Ölkədən çıxışına qadağa qoyulan direktorla bağlı araşdırma aparılır

Bununla bağlı rəsmi məlumat var
Mədəniyyət | 12:10 • 21 İyul 2022
Ölkədən çıxışına qadağa qoyulan direktorla bağlı araşdırma aparılır

Mədəniyyət Nazirliyi Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevlə bağlı araşdırmalara başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusun cavab olaraq nazirlikdən bildirilib.

Qeyd olunub ki, E.Rəfiyevin dövlətə 150 min manatdan çox vergi borcunun olması və bu səbəbdən ölkədən çıxışına qadağa qoyulması məsələsi araşdırılır.

Xatırladaq ki, teatrın direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə məhkəmə qərar çıxarıb. Səbəb isə teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması göstərilib.

Xəbər lenti

Çox oxunanlar