Xəzər Xəbər

73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdiriləcək

Mədəniyyət | 14:12 • 28 İyun 2022
73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdiriləcək

Şuşa Dövlət Musiqili Dram Teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirəcək.

XəzərXəbər xəbər verir ki, teatr sabah-iyunun 29-da şəhərin Tut bağı adlanan ərazisində M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını səhnəyə qoyacaq.

Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərərk Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Mədəniyyət ocağına Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb.

Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər.

Azərbaycan Nazirlər Kabineti 1990-cı il 11 may tarixində mədəniyyət ocağının bərpa olunması barədə qərar verib. Mədəniyyət Nazirliyi 1992-ci il mayın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrını bərpa edib.

1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal edəndən sonra teatr Bakıda - Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb. Teatr 1993-cu il fevralın 13-də Bakıda ilk tamaşası olan Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili əsərini səhnəyə qoyub.

Şuşa teatrı hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir./Report

Xəbər lenti

Çox oxunanlar