Fransanın Luvr muzeyinə əlil arabasında daxil olan şəxs Leonardo da Vinçinin “Mona Liza” əsərinə tort parçası atıb.
Sosial şəbəkələrdə əsərin üzərindəki qoruyucu şüşəyə qənnadı kremin yaxıldığı görüntülər yayılıb. İstifadəçilərin dediyinə görə, şəklin üzərinə parikli və papaqlı bir şəxs tort parçası atıb.
Bundan əlavə, videoda muzeyin mühafizəçisinin dələduzu çıxışa qədər necə müşayiət etdiyi əks olunub. Onun əlil arabasından sakitcə düşərək yeridiyi də görünüb.