Hazırda 155 abidənin pasportu və 108 abidənin mühafizə zonası üzrə sənədlərin təsdiqlənməsi ilə bağlı müvafiq işlər görülür.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
“Bu pasportlardan 42-si və mühafizə zonalarına dair sənədlərdən 10-u işğaldan azad olunmuş ərazilərdəki abidələrin payına düşür”, - məlumatda deyilir.
Qeyd edək ki, 2020 və 2021-ci illərdə abidələrin pasportlaşdırılması prosesi yüksələn xətlə davam edib. 15-i işğaldan azad olunmuş ərazilərdəki abidələr olmaqla 110 pasport layihəsi 2021-ci ildə təsdiq edilib.