Xəzər Xəbər

İslamın ilk məscidində geniş rekonstruksiya işləri aparılacaq

Mədəniyyət | 14:12 • 8 Aprel 2022
İslamın ilk məscidində geniş rekonstruksiya işləri aparılacaq

Məhəmməd Peyğəmbərin 622-ci ildə Mədinədə tikdirdiyi və İslamın ilk məbədi olan Ğuba məscidinin sahəsini genişləndirmək məqsədilə burada geniş rekonstruksiya işləri aparılacaq.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, bu barədə məscidi ziyarət edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman məlumat verib. O bildirib ki, İslamın Peyğəmbərinin tikdirdiyi məscidin ümumi sahəsi 50 min kvadratmetrə çatdırılacaq və burada 66 min nəfər namaz qıla biləcək. Vəliəhd şahzadə diqqətə çatdırıb ki, Ğuba məscidinin ətrafındakı tikililərdə də bərpa işləri aparılacaq və İslam memarlıq ənənələrinə uyğun kompleks yaradılacaq.

Hicri tarixinin 1-ci ilində tikilən Ğuba məscidi dindarların ən çox ziyarət etdiyi Peyğəmbər məscidindən 5 kilometr aralıda yerləşir. Yeni rekonstruksiya layihəsində 57 obyektin tikilməsi, o cümlədən bu ibadətgahları birləşdirəcək xiyabanların salınması və müasir avtomagistralın inşası da nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar