Birgə layihələri, Heydər Əliyev Fondu tərəfindən aparılan çoxsaylı işləri xüsusi olaraq vurğulamaq istərdim. Azərbaycan hökuməti tərəfindən İtaliyanın nadir mədəni irsinin qorunması sahəsində bir sıra layihələr həyata keçirilir.
Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşündən sonra keçirilən mətbuat konfransında söyləyib.
Mədəniyyət sahəsində ənənəvi olaraq dostluq və geniş birgə fəaliyyətə diqqət çəkən C.Bayramov deyib: “İtaliya şirkətləri Azərbaycanda qədim tarixi abidələrin bərpasında xüsusilə məşğul olurlar. İtaliya şirkətlərinin bu sahədə zəngin təcrübəsi var”.
Azərbaycanın xarici işlər naziri qeyd edib ki, bundan sonra da münasibətlərin inkişafına xüsusi diqqət yetiriləcək. Yaxın zamanlarda İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının planlaşdırıldığını qeyd edən nazir hesab edib ki, bu, yubiley ili üçün çox gözəl töhfə olacaq.