Xəzər Xəbər

Sanksiyaların “qisası” - Rusiya yeni tələb irəli sürdü

Mədəniyyət | 15:08 • 11 Mart 2022
Sanksiyaların “qisası” - Rusiya yeni tələb irəli sürdü

Rusiyanın Mədəniyyət Nazirliyi İtaliyadakı muzeylərə verilən sənət əsərlərinin geri qaytarılmasını tələb edib.

Dünyanın ən böyük muzeylərindən biri olan Sankt-Peterburqdakı Dövlət Ermitajının direktoru Mixail Piotrovski İtaliyadakı iki muzeyə - Milanın “Palazzo Reale” və “Gallerie d'Italia” muzeylərinə məktub ünvanlayaraq bu muzeylərə verilən əsərlərin mart ayının sonuna qədər geri qaytarılmasını istədiklərini bildirib.

Dövlət Ermitajının Milandakı muzeylərə verdiyi sənət əsərləri arasında italyan heykəltəraş Antonio Canovanın heykəli və italyan rəssam Tizianonun tablosu var.

İtaliya mətbuatı bu tələbi Rusiyaya tətbiq edilən sanksiyaların və göstərilən reaksiyaların “qisası” kimi şərh edib. (AZƏRTAC)

Xəbər lenti