Fransa modelyeri, fotoqraf və “Mugler” moda evinin yaradıcısı “Tyerri Muqler” 73 yaşında vəfat edib.
TASS xəbər yayıb ki, bu barədə dizaynerin feysbuk səhifəsində yerləşdirilmiş məlumatda deyilir.
Parisin “Gala” jurnalının məlumatına görə, klassik və müasirliyi birləşdirməyə çalışan Tyerri Muqler 1973-cü ildə özünün ilk qadın geyim kolleksiyasını yaradıb. 1980-ci illərdə dünya şöhrəti qazanan dizayner 1992-ci ildə öz ətir brendini təsis edib. Muqler 2002-ci ildə moda evinin yaradıcı direktoru vəzifəsindən çıxsa da paltar tikməyə və şoular təşkil etməyə davam edib.