Rusiyanın Əməkdar artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.
TASS xəbər yayıb ki, aktyor dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub. O, 1964-cü ildən Taqanka Teatrında çalışıb.
1993-cü ildən "Taqanka Aktyorlar Ansamblı"nın artisti olub. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafında xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə” ordeni, II dərəcəli medalla təltif edilib.
O, həmçinin "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm... bağışla" filmlərində rol alıb.