Abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılması ilə bağlı ötən il ərzində bir sıra faktlar aşkar olunaraq qarşısı alınıb.
Xezerxeber.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib.
Ötən ildə görülmüş işlər və qarşıdakı planlara dair mətbuat konfransı keçirən A.Cəfərlinin sözlərinə görə, abidələrin qəsdən korlanma və ya məhv edilməsi ilə bağlı aşkar olunmuş 7 halla bağlı hüquq mühafizə orqanlarına, 12 halla bağlı isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub.