Xəzər Xəbər

“Grammy” musiqi müsabiqəsi təxirə salınıb

Mədəniyyət | 10:05 • 6 Yanvar 2022
“Grammy” musiqi müsabiqəsi təxirə salınıb

Yanvarın 31-də Los-Ancelesdə (Kaliforniya ştatı) keçirilməsi nəzərdə tutulan “Grammy” Amerika musiqi müsabiqəsi koronavirusun yayılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu barədə Milli Elmi Səsyazma və İncəsənət Aakademiyası məlumat yayıb.

"Şəhər və ştat rəsmilərinin, səhiyyə, təhlükəsizlik mütəxəssislərinin, incəsənət ictimaiyyətinin, eləcə də çoxsaylı tərəfdaşlarımızın iştirakı ilə epidemioloji vəziyyət diqqətlə nəzərdən keçirdikdən, təhlil etdikdən sonra Səsyazma Milli Elmi Səsyazma və İncəsənət Aakademiya və “CBS” telekanalı 64-cü “Grammy” musiqi müsabiqəsini qeyri-müəyyən müddətə təxirə salındı. Omicron ştamının yayılması ilə bağlı mərasimin yanvarın 31-də keçirilməsi böyük risklər yaradır”, - məlumatda bildirilib.

Təşkilatçılar tədbirin yeni tarixinin daha sonra açıqlanacağını qeyd ediblər.

Məlumat üçün bildirək ki, növbəti müsabiqədə musiqiçilər iki yeni nominasiya da daxil olmaqla 85 nominasiya uğrunda yarışacaqlar: Dünya musiqisi üzrə “Ən yaxşı dünya musiqi ifası” və Latın Amerikası ifaçıları üçün “Ən yaxşı şəhər albomu”.

Xəbər lenti