Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər üzrə 403 dövlət qeydiyyatında olan tarixi mədəniyyət abidəsinə baxış keçirilib.
Xezerxeber.az xəbər verir ki, bu sözləri ilin yekunlarına həsr olunmuş mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bildirib ki, eləcə də 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektin monitorinqi aparılıb.