“Bakı və ətraf qəsəbələrdə abidələrin bərpası ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti monitorinqlər keçirir".
Xezerxeber.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tədricən sözügedən abidələr də bərpa ediləcək: "Biz bir şeyi nəzərə almalıyıq ki, həmin abidələrin bəzilərində balans məsuliyyəti yoxdur və onların bərpası ilə bağlı maliyyə ayrılmalıdır ki, biz bərpa işlərini aparaq. Hər bir halda o abidələrlə bağlı da monitorinqlər aparılır. Tədricən bunlar hamısı bərpa ediləcək. Sadəcə indi əsas prioritet Qarabağdakı irsimizə yönəldildiyi üçün başqa məsələlər kənarda qalıb. Ancaq bu, o demək deyil ki, biz onları həmişə diqqətdən kənarda qoyacağıq. Onlar da tədricən bərpa olunacaq."