Xəzər Xəbər

Xalq artisti Ramiz Novruz səhhəti barədə açıqlama verib

Mədəniyyət | 10:45 • 12 Dekabr 2021
Xalq artisti Ramiz Novruz səhhəti barədə açıqlama verib

Xalq artisti Ramiz Novruz xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

O, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: "Ciddi bir şey olsa belə hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.

Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam."

Qeyd edək ki, dünən Xalq artistinin mədə xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilildiyinə dair məlumatlar yayılmışdı.

Xəbər lenti

Çox oxunanlar