Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping-2021” beynəlxalq incəsənət sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, diaspora ilə iş üzrə Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovaya məxsus “ASMAR Art” pavilyonunda Azərbaycan rəssamları ilə yanaşı, Türkiyə, Fransa, Əlcəzair və Gürcüstandan olan müəlliflərin də sənət əsərləri təqdim olunub. Onların arasında Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun impressionist üslubda çəkdiyi əsərlər də olub. Pavilyonda təqdim olunan əsərlərdəki rəng sxemi, ətraf aləmin qavranılması kimi mühüm məsələlər sərgi ziyarətçilərində böyük maraq doğurub.