Xəzər Xəbər

Çingiz Abdullayev müzakirələrə səbəb olan statusundan DANIŞDI

Mədəniyyət | 12:16 • 26 Oktyabr 2021
Çingiz Abdullayev müzakirələrə səbəb olan statusundan DANIŞDI

“İstanbul hava limanında üzləşdiyim vəziyyət ilə bağlı yazdığım statusun sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmasından xəbərim yoxdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

O bildirib ki, statusu yazmaqda məqsədi uşağın simasındakı təbəssümü və sevincini bölüşmək olub:

“Qoy olsun, nə istəyirlər desinlər, yazsınlar. Mənim bu müzakirələrdən heç xəbərim də yoxdur. Çox sağ olun ki, dediniz, məlumatım oldu”.

Qeyd edək ki, Xalq yazıçısı ötən gün sosial şəbəkədəki səhifəsində yazıb:

“Hadisə İstanbul hava limanında baş verib. Biznes salonda həmişə iki-üç şüşə su götürürəm. Amma uçuşumuz gecikdi və biz bir saatdan çox təyyarəyə minməyi gözlədik. Yaxınlıqda nəvəmə oxşayan balaca bir oğlan var idi. O, ağlayaraq nənəsindən su istədi. O, çarəsizcə ətrafa baxdı. Heç yerdə su yox idi. Bir şüşə çıxarıb oğlana verdim. Nənənin gözlərini görməli idin. Amma ən əsası odur ki, həyatımda özümü bu qədər rahat hiss etməmişdim”.

Ç.Abdullayevin bu statusu geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər.

 

Xəbər lenti

Çox oxunanlar