Misirli futbolçu Məhəmməd Salahın mum heykəli Londonda yerləşən Madam Tüsso muzeyinə qoyulub.
Xezerxeber.az xəbər verir ki, Məhəmməd Salah bu muzeydə heykəli olan ilk ərəb olaraq tarixə düşüb.
Salah muzeyi ziyarət edərək heykələ bənzərliyinə təəccübünü gizlədə bilməyib.
İngiltərənin "Liverpul" futbol klubunun və Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edir.