Canəli Əkbərov həmişə sənətdə düzgün muğam ifaçılığının tərəfdarı olub və onun uğrunda sağlam mübarizə aparıb. Dövlət mədəniyyət siyasətinin keşiyində dayanıb. Onun vəfatı ilə Azərbaycan muğam ifaçılığının möhtəşəm sütunlarından biri çökdü. Bu gün Azərbaycan böyük sənətkarını, ailə isə özünün ağsaqqılını itirdi.
Bu sözləri bu mərhum sənətkarının qardaşı Tərlan Əkbərov deyib.
Canəli Əkbərovun vəfatından söz açan qardaşı bildirib ki, xanəndə cismən bizdən getsə də, Azərbaycan xalqının qəlbində onun xatirəsi həmişə yaşayacaq: "Dövlətçiliyimizin möhkəmlənməsi uğrunda ulu öndərimiz Heydər Əliyevin siyasətini həmişə dəstəkləyib, eyni zamanda dövlətimizin qayğısını həmişə hiss edib. Beyin insultu keçirdikdən sonra ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın göstərişilə ailəsi ilə əlaqə saxlandı. Onun müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürdü. Ölkə başçısı və onun xanımına ailəmiz adından təşəkkür edirik. O, Azərbaycan səhnəsində Məcnun obrazını yaradıb, səhnəmizin Şah İsmayılıdır. Rəhmətlik Baba Mirzəyev deyərdi ki, Canəli Əkbərov Azərbaycan muğam sənətinin ən cəngavər ifaçısıdır. Muğam ifaçılığının sirlərini ulu Xan Şuşinskidən və öz atası Xanəli Əkbərovdan öyrənib".
Tərlan Əkbərov bildirib ki, xanəndənin ən böyük arzusu Şuşanı görmək olub: "Çox istəyirdi ki, Şuşaya getsin. Çünki rəhmətlik Xan əminin sağlığında onunla Şuşaya tez-tez gedərdi. Deyirdi ki, səsim o dağlarda və İsa bulağında qalıb. "O suların ahəgində səsim axır" demişdi. Canəli Əkbərov çox düz insan idi və muğam ifaçılığında əllaməçiliyin qəti əleyhdarı idi"./publika.az