Mədəniyyət naziri Anar Kərimov ölkədə fəaliyyət göstərən nəşriyyat və mətbəə qurumlarının nümayəndələri ilə görüşüb.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə nazir Anar Kərimov “Twitter”də qeyd edib.
Görüş 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub.
Nazir bildirib ki, bu sahədə olan problem və imkanlar səmimi şəkildə müzakirə edilib.
A. Kərimov bu kimi görüşlərin mütəmadi keçiriləcəyini vurğulayıb.