Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifovun vəziyyəti ağırlaşıb.
XəzərXəbər xəbər verir ki, Xalq artistin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan "apa"ya verilən məlumata görə, ürəyində problem yaranan V. Şərifovun vəziyyəti ağır olaraq qalır.