Xəzər Xəbər

“Gənclik” stansiyasında “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb

Mədəniyyət | 12:12 • 24 Sentyabr 2021
“Gənclik” stansiyasında “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb

“Bakı Metropoliteni” QSC-nin stansiya və keçidlərində təşkil edilən sərgilər sırasına yenisi əlavə olunur. Bu gün “Gənclik” stansiyasının keçidlərində hər birimiz üçün doğma olan və bugünmüzlə səsləşən bir mövzuya həsr olunan “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, fotoşəkillərdə işğaldan azad olunmuş bölgələrimizin hər birinin zəngin tarixi, ən əsası, bu tarixin çoxlarına tanış olan əhəmiyyətli hissəsini təşkil edən XX əsrdəki gündəlik həyatın bir parçası olan sosial-mədəni mühiti, məişəti, təbiəti, mənzərələri canlandırır: " Buradakı 92 nadir foto, əsasən, Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən təqdim olunub və hər biri özünə məxsus zənginliyi, elementləri və cizgiləri ilə seçilir.Sərgi həmçinin, Qarabağ və Şərqi Zəngəzurun canlı rəmzinə çevrilmiş mədəni-tarixi irsi də izləyicilərinin diqqətinə çatdırır.

Sərginin əhəmiyyətli hissəsində XX əsrdə Qarabağın mədəni intibahının memarı olan Ulu öndər Heydər Əliyevin Şuşaya səfərləri və həyata keçirdiyi mədəni-tarixi layihələr, habelə Ağdam-Xankəndi dəmiryolunun açılışını əks etdirən fotoşəkillər də yer alır.

Xəbər lenti