"Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin bərpası layihəsi hazırdır, yaxın vaxtlarda təmir-yenidənqurma işlərinə başlanacaq".
Xezerxeber.az xəbər verir ki, bunu "Report"a Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib.
O bildirib ki, ev muzeyinin bərpası Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutacaq: "Şuşada keçirilən Beynəlxalq Musiqi Festivalı 30 illik işğal dövründən sonra Mədəniyyət Nazirliyi ilə Şuşa Dövlət Qoruğunun ilk birgə tədbiridir. Bu tədbir hər il Şuşada keçiriləcək. Üzeyir Hacıbəylinin ev-muzeyi hazır olduqdan sonra festivalı orada da keçirə bilərik".