Xəzər Xəbər

Misirdə Fironlar Məbədində dini ayin alətləri tapılıb

Mədəniyyət | 14:09 • 19 Sentyabr 2021
Misirdə Fironlar Məbədində dini ayin alətləri tapılıb

Misirin paytaxtı Qahirənin şimalında yerləşən Kəfr Əl-Şeyx ərazisindəki Fironlar Məbədində dini ayin zamanı istifadə edilən alətlər tapılıb.

Bu barədə Misirin Qədim Abidələr üzrə Ali Şurasının mətbuata açıqlamasında bildirilib.

Arxeoloqların məbədin ətrafında apardıqları qazıntılar zamanı Qədim Misirin Hasor ilahəsinə, Horus tanrısına ibadət zamanı kahinlərin istifadə etdikləri gil qablar, kiçik heykəllər, kürsü, təmiz qızıldan düzəldilmiş Udcat gözləri (tanrı Horusun gözləri) və digər qiymətli əşyalar aşkar edilib.

Arxeoloqlar bildiriblər ki, məbədin divarlarının qalıqları altından fil sümüyü ilə bəzədilmiş qadın zinət əşyaları, həmçinin üzərində heroqliflər, təbiət mənzərələri və heyvan rəsmləri olan lövhələr tapılıb. Bu tapıntılar da ayinlər zamanı istifadə olunub. Heroqliflərdə fironların 26-cı sülaləsinin hökmdarları I Psamtik, II Ahmos və Vaha Ip-Ranın adları yazılıb. (AZƏRTAC)

 

Xəbər lenti