Xəzər Xəbər

Tanınmış mədəniyyət xadimləri Şuşada

Mədəniyyət | 13:18 • 18 Sentyabr 2021
Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

Bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Xan qızı bulağını ziyarət edib.

İştirakçılaraa Şuşa işğaldan azad olunandan qısa müddət sonra “Xan qızı” bulağının istifadəyə verilməsindən danışılıb. Qeyd edilib ki, şəhərin məşhur məkanlarından biri olan bulağın suyu Ermənistanın işğalı altında olduğu müddətdə qurusa da yenidən sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.

xxx

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

Bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Rayon İcra Hakimiyyətinin qarşısında "Güllələnmiş heykəllər"i ziyarət edib.

Səfir Polad Bülbüloğlu nümayəndələrə heykəllərin erməni vandalizminin qurbanı olmasından və buranın tarixindən danışıb.

xxx

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

Bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyində olublar.

Nümayəndə heyəti ev muzeyində Bülbülün şəxsi əşyaları ilə tanış olub, ermənilər tərəfindən güllələnərək dağıdılmış əvvəlki büstü və işğaldan azad ediləndən sonra hazırlanan yeni büstünə baxış keçiriblər.

xxx

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra tanınmış mədəniyyət xadimləri - Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və digər nümayəndələr Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Bülbülün ev muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət ediləcək.

Qeyd edək ki, beynəlxalq musiqi festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır.

Xəbər lenti